16 yaşlı azərbaycanlı qarpıza  görə adam öldürdü
27 iyul 2021 12:03 (UTC +04:00)

16 yaşlı azərbaycanlı qarpıza görə adam öldürdü

Rusiyanın Sankt-Peterburq şəhərində 16 yaşlı azərbaycanlı həbs edilib. 

Lent.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, hadisə Moskva rayonunu Şuvalovski prospektində baş verib. 

Məlumata görə, axşam saatlarında 19 yaşlı Peterburq sakini prospektdə qarpız satan Muradla qarşılaşıb. Həmin şəxs içkili vəziyyətdə olduğundan onlar arasında mübahisə başlayıb. Həmin gənc Muradı təhqir edib. Onun satdığı qarpızlarını yerə salıb.  Bundan qəzəblənən Murad həmin adamı bıçaqlayaraq qətlə yetirib. 

Sevinc Fərid

# 6141
avatar

Oxşar yazılar