ABŞ Çinlə müharibədə məğlub ola bilər
22 dekabr 2025 04:33 (UTC +04:00)

ABŞ Çinlə müharibədə məğlub ola bilər

0

Pentaqonun "Üstünlük" hesabatında ABŞ-nin Çinlə genişmiqyaslı qarşıdurmada məğlub olma ehtimalı araşdırılır.

Lent.az  xəbər verir ki, bu barədə "Asia Times" məlumat yayıb.

Sənəddə münaqişənin inkişafı təhlil edilir və iddia olunur ki, Çin hərbi əməliyyatların ilkin mərhələlərində ABŞ təyyarələrini, böyük dəniz gəmilərini və peyklərini məhv etmək qabiliyyətinə malikdir.

Hesabatda Çinin artan raket imkanlarının, dronlarının və kiber vasitələrinin ABŞ-nin təyyarədaşıyan gəmilər və qabaqcıl qırıcı təyyarələr kimi bahalı, lakin həssas hərbi platformalara əsaslanan təhlükəsizliyini necə sarsıda biləcəyi araşdırılır. Bildirilir ki, bu, ABŞ ordusunun davamlı hərbi kampaniyalar aparmaq qabiliyyətini əhəmiyyətli dərəcədə azaldır.

Pentaqon rəsmiləri ABŞ-nin Çin üzərindəki hərbi-sənaye üstünlüyünün azalması tendensiyasını vurğulayırlar. Onlar iddia edirlər ki, Çin hazırda ABŞ-dən beş-altı dəfə daha sürətli silah sistemləri istehsal edir və bu üstünlük xüsusilə gəmiqayırmada özünü göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 228

Oxşar yazılar