Qəzada barmağı qopdu,  nə qədər axtarsalar da, tapılmadı
15 avqust 2026 16:44 (UTC +04:00)

Qəzada barmağı qopdu, nə qədər axtarsalar da, tapılmadı

0

Türkiyənin Ədirnə şəhərində baş verən yol qəzasında sərnişinlərdən birinin barmağı qopub. 

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə 1-ci Murat məhəlləsinin Güngör Mazlum küçəsində qeydə alınıb.

Hadisə yerinə polis və təcili tibbi yardım briqadaları cəlb edilib. Sürücü C.B. xəsarət almayıb, avtomobildə olan F.K.-nın isə qəza zamanı barmağı qopub.

Tibb işçiləri F.K.-ya hadisə yerində ilkin tibbi yardım göstəriblər. Onun qopan barmağı polis, tibb işçiləri və ərazidə olan vətəndaşlar tərəfindən uzun müddət axtarılıb, lakin tapılmayıb.

F.K. təcili tibbi yardım avtomobili ilə Trakya Universitetinin Tibb Fakültəsi Xəstəxanasına çatdırılıb və müalicəyə götürülüb.

Faktla bağlı araşdırma başlanıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 110

Oxşar yazılar