Gizlənqaç oynayan   13 yaşlı qız faciəvi   şəkildə öldü
15 avqust 2026 13:29 (UTC +04:00)

Gizlənqaç oynayan 13 yaşlı qız faciəvi şəkildə öldü

0

Rusiyanın Zabaykal diyarının Borzya şəhərində 13 yaşlı qız gizlənqaç oynayarkən lift şaxtasına düşərək ölüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, bir qrup uşaq tərk edilmiş binaya daxil olub.

Gizlənqaç oynayarkən uşaqlar ayrılıblar. Qaranlıqda hərəkət edən 13 yaşlı məktəbli qız açıq lift şaxtasına düşüb və aldığı xəsarətlərdən ölüb.

Hadisə ilə bağlı ehtiyatsızlıqdan ölümə səbəb olma maddəsi üzrə cinayət işi başlanıb. İstintaqçılar hadisənin digər təfərrüatlarını araşdırırlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 94

Oxşar yazılar