Adam unutqanlığı   sayəsində yarım milyon  dollar uddu
01 noyabr 2025 18:00 (UTC +04:00)

Adam unutqanlığı sayəsində yarım milyon dollar uddu

0

ABŞ-ın Ohayo ştatının sakini öz unutqanlığı sayəsində yarım milyon dollarlıq lotereya uduşu qazanıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, qalibin sözlərinə görə, o, 50 dollarlıq uduşunu nağdlaşdırmaq üçün marketə gedib. Lakin ora çatanda biletini evdə unutduğunu başa düşüb və buna görə çox üzülüb. Geri dönmək əvəzinə vaxt itirməmək üçün həmin oyundan daha bir bilet alıb.

O, skreç-bileti elə maşınında, uzağa getmədən yoxlayıb. Və nəhayət, qoruyucu qatı qaşıyanda 500 min dollarlıq uduşla qarşılaşıb. Bu, onun üçün böyük təəccüb olub.

Şanslı adam artıq qazandığı pulla bağlı planlarını bölüşüb. O, ipoteka borcunu bağlamağı, yeni avtomobil almağı və ən əsası, ailəsinə daha çox vaxt ayırmaq üçün iş günlərini azaltmağı düşünür.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 468

Oxşar yazılar