ABŞ hərbi aviasiyası son bir neçə saat ərzində Suriyanın şimalında terrorçu İŞİD mövqelərinə ikinci hava hücumunu həyata keçirib.
Lent.az xəbər verir ki, bu barədə Al Hadath telekanalı məlumat yayıb.
Telekanalın məlumatına görə, ABŞ Hərbi Hava Qüvvələri Suriyanın şimal bölgələrində yerləşən İŞİD-in sığınacaqları və qərargahlarına qarşı yeni zərbə dalğası həyata keçirib.
Əsas zərbələr Deyr-əz-Zor vilayətindəki mövqelərə endirilib.
Bundan əlavə, Al Hadath bildirir ki, ABŞ aviasiyası Homs və Rakka vilayətlərinin kənd ərazilərində, eləcə də tarixi-memarlıq kompleksi Palmiraya yaxın, Tadmor şəhəri ətrafındakı terrorçu bazalarına da zərbələr endirib.
Qeyd olunur ki, məhz bu ərazidə dekabrın 13-də ABŞ Milli Qvardiyasının iki hərbçisi və bir amerikalı tərcüməçi həlak olub.