Ana 4 körpəsini soyuducuda dondurdu
08 may 2024 16:19 (UTC +04:00)

Ana 4 körpəsini soyuducuda dondurdu

ABŞ-da 4 körpəsini donduran 69 yaşlı qadın həbsxanadan qaçıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, yeni doğulmuş uşaqların qalıqları 2022-ci ildə onun Bostondakı mənzilində aşkar edilib. Soyuducuda folqa ilə bükülmüş ayaqqabı qutularına rast gəlinib. Onların içində körpələr olub.

Araşdırma zamanı məlum olub ki, uşaqların anası 69 yaşlı Aleksis Aldəmirdir və o, psixiatriya klinikasına yerləşdirilənə qədər həmin mənzildə yaşayıb. Lakin tibbi sənədlərə görə, qadının yalnız bir hamiləliyi olub. O, 1982-ci ildə uşaq dünyaya gətirib.

Aldəmirin keçmiş həmkarları onun nadir hallarda məzuniyyətə çıxdığını bildiriblər. Onların heç biri onun hamilə olduğunu hiss etməyib.

Məhkəmə-tibb ekspertləri cəsədlərin nə qədər dondurulduğunu və ölümlərinin səbəbini müəyyən edə bilməyiblər. İki oğlan və iki qızda heç bir gözə çarpan xəsarət, həmçinin daxili orqanlarda problem tapılmayıb.

Aldəmirin dindirilməsi heç bir nəticə verməyib. Ağlını itirdiyinə görə ona qarşı ittiham irəli sürülməməsinə qərar verilib.

# 1734
avatar

Oxşar yazılar