Ancelina Coli başını bağladı - Pakistandan MÖHTƏŞƏM GÖRÜNTÜLƏR
23 sentyabr 2022 11:42 (UTC +04:00)

Ancelina Coli başını bağladı - Pakistandan MÖHTƏŞƏM GÖRÜNTÜLƏR

Hollivud ulduzu, BMT-nin xoş məramlı səfiri Ancelina Coli sentyabrın 20-də sel fəlakətindən əziyyət çəkən xalqa kömək etmək məqsədilə Pakistana səfər edib.

O həm Sellə Mübarizə Beynəlxalq Kordinasiya Mərkəzinin məsul şəxslərilə, həm də fəlakətdən zərər çəkmiş sadə pakistanlılarla görüşüb, söhbət edib.

Ancelina Colinin  humanitar çadırlara sığınmış sadə vətəndaşlarla mehriban və səmimi görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub, Hollivud ulduzu bu əməlinə görə təqdir olunub. Ancelina Coli Pakistan xanımları arasına onlarınkı kimi geyim və baş örtüsü ilə daxil olub.

O verdiyi açıqlamada daha öncə bu miqyasda bir fəlakət görmədiyini qeyd edərək, ətraf mühitə daha az zərər verən ölkələrin təbii fəlakət və ölümlərin ən ağırı ilə qarşılaşdığına diqqət çəkib.  Humanitar ehtiyacların ödənilməsinin vacibliyini söyləyən xanım Coli beynəlxalq qurumlara Pakistana daha çox yardım göstərmələri üçün çağırış edib.

14 iyundan bu günə qədər davam edən Musson yağışları nəticəsində yaranmış sel fəlakətləri Pakistanda 1500 nəfərin ölümünə, 33 milyon nəfərin zərər çəkməsinə səbəb olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2261

Oxşar yazılar

Sursatlar partladı: 13 nəfər öldü

Sursatlar partladı: 13 nəfər öldü

14 may 2025 , 07:58
Hindistanda pələng üç qadını  parça-parça etdi

Hindistanda pələng üç qadını parça-parça etdi

14 may 2025 , 06:57
“Microsoft” 6 min əməkdaşını ixtisar edir

“Microsoft” 6 min əməkdaşını ixtisar edir

14 may 2025 , 05:27
Uruqvayın keçmiş prezidenti öldü

Uruqvayın keçmiş prezidenti öldü

14 may 2025 , 03:23
“Mamagama” mübarizəni dayandırdı

“Mamagama” mübarizəni dayandırdı

14 may 2025 , 01:33
İsrail Qəzzanı BOMBALADI:   28 nəfər öldü

İsrail Qəzzanı BOMBALADI: 28 nəfər öldü

13 may 2025 , 23:47
Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

Doha-İstanbul reysi ilə uçan təyyarə bir mühərriklə eniş etdi - VİDEO

13 may 2025 , 06:39
İlin müəllimi 12 yaşlı uşağı zorladı

İlin müəllimi 12 yaşlı uşağı zorladı

13 may 2025 , 04:28