Anestezioloq xəstələri zəhərləyirmiş – ŞOK SƏBƏBLƏR
01 aprel 2023 08:24 (UTC +04:00)

Anestezioloq xəstələri zəhərləyirmiş – ŞOK SƏBƏBLƏR

Fransa İctimaiyyəti neçə gündür Bezanson şəhərindəki klinikada işləyən anestezioloqun həbsini müzakirə edir. 

Lent.az-ın Fransa mətbuatına istinadla xəbərinə görə, son aylarda əməliyyatlar zamanı xəstələrin ürəyinn dayanması, əməliyyatdan sonrakı ağırlaşmalara görə cərrahlar müstəntiqlərə cavab verməli olublar. Lakin səbəb tapılmırdı. 

Bu günlərdə isə məlum olub ki, təqsir anestezioloqdadır. O, özünü peşəkar kimi göstərmək üçün xəstələrin “sisteminə” zəhərli maddə qatır, sonra isə özü onları komadan çıxarırmış. Digər tərəfdən, o, xoşlamadığı cərrahlarla iş zamanı anesteziya maddəsinə də ürək fəaliyyətini pisləşdirən dərman qatırmış. 

Hazırda işi prokurorluq araşdırır. 
 

# 2226
avatar

Oxşar yazılar