Avropada bu rekord qeydə alındı
14 avqust 2022 19:40 (UTC +04:00)

Avropada bu rekord qeydə alındı

Bu il Avropada artıq 660 min hektar meşə yanıb.

Lent.az-ın “Alman dalğası”-na istinadən verdiyi xəbərə görə, bu, 2006-cı ildən sonra meşə yanğınları ilə bağlı qeydə alınan rekord göstəricidir.

Meşə Yanğınları barədə Avropa İnformasiya Sisteminin məlumatlarına görə, bu il meşə yanğınları tək Aralıq dənizi ölkələrini əhatə etməyib, Avropanın digər ölkələrində də meşə yanğınları tüğyan edib. Məsələn, Sloveniyada son 10 ildə ən böyük meşə yanğınları qeydə alınıb.

Meşə yanğınlarının geniş yayılmasının səbəbi bu il müşahidə olunan quraqlıq və ekstremal yüksək temperaturun bütün Avropanı əhatə etməsidir. Digər tərəfdən, meşə yanğınları ilə bağlı yeni rekord qeydə alınsa da, hələ yanğın mövsümünün ortalarıdır.

Bu vaxta qədər Avropada ən çox meşə sahəsi yanan ölkə İspaniyadır. İspaniyada 225 min hektar meşə sahəsi yanıb. Rumıniyada 150 min, Portuqaliyada 77 min hektar meşə yanıb.

Son günlər Fransa, Almaniya və Yunanıstanda böyük meşə yanğınları qeydə alınıb. Fransanın Averon departamentində 1260 hektar meşənin yanması ilə əlaqədar bir neçə min insan evakuasiya edilib. Almaniyada isə yalnız bu gün Qarts Milli Parkında yanğını söndürmək mümkün olub. Bir neçə gün davam edən yanğınlar nəticəsində 13 hektar meşə yanıb.

Bu gün Yunanıstanın Tasos adasında bir neçə gündür ki, davam edən meşə yanğınlarını da qismən nəzarət altına almaq mümkün olub. Bu il Yunanıstanda yanğınlar 13 min hektardan çox meşəni əhatə edib.

Ekspertlərin proqnozuna görə, hazırkı quraqlıq Avropada son 500 ildə müşahidə olunan ən ağır quraqlıq kimi yadda qala bilər. Quraqlıq çayların qurumasına, böyük meşə yanğınlarına, ciddi ekoloji və iqtisadi ziyana gətirib çıxarır.

# 1854
avatar

Oxşar yazılar

DƏHŞƏT!  Yaşayış evi yandı, 3 uşaq həlak odu 

DƏHŞƏT! Yaşayış evi yandı, 3 uşaq həlak odu 

28 mart 2024 , 08:25
Apreldən qazın qiyməti  xeyli artacaq

Apreldən qazın qiyməti xeyli artacaq

28 mart 2024 , 06:51
Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

Lotoreya oynadı, milyardlıq CEK-POT uddu 

28 mart 2024 , 01:30
İki kişi əlbir olub polisi soydu

İki kişi əlbir olub polisi soydu

27 mart 2024 , 20:39
Bu ölkədə 70 minə yaxın  dövlət qulluqçusu işdən çıxarılır

Bu ölkədə 70 minə yaxın dövlət qulluqçusu işdən çıxarılır

27 mart 2024 , 13:26
İranda daha bir polis öldürüldü  

İranda daha bir polis öldürüldü  

27 mart 2024 , 11:25
Bu ölkədə güclü zəlzələ oldu

Bu ölkədə güclü zəlzələ oldu

27 mart 2024 , 07:59
Serbiya prezidendən paylaşım: "Tezliklə çox böyük təhlükə olacaq"

Serbiya prezidendən paylaşım: "Tezliklə çox böyük təhlükə olacaq"

27 mart 2024 , 07:38