NASA gələcək Ay bazasının qurulması üçün yeraltı mağaraların və buz ehtiyatlarının araşdırılmasını planlaşdırır.
Lent.az xəbər verir ki, bu barədə “ScienceDaily” məlumat yayıb.
Agentlik Ay səthinin altında təbii sığınacaqların olub-olmadığını müəyyənləşdirmək üçün üç yeni tədqiqat istiqaməti hazırlayıb.
Belə mağaralar astronavtları radiasiyadan, mikrometeoritlərdən və temperaturun kəskin dəyişməsindən qoruya bilər. Alimlər həmçinin Ayın səthindəki təhlükəli şəraitin daha dəqiq qiymətləndirilməsini hədəfləyirlər.