Avropanın ən təhlükəsiz  ölkələri - İnanılmaz nəticə
23 oktyabr 2025 10:45 (UTC +04:00)

Avropanın ən təhlükəsiz ölkələri - İnanılmaz nəticə

0

Süni intellekt cinayət statistikası, həyat keyfiyyəti və siyasi sabitliklə bağlı məlumatları təhlil edərək 2026–2027-ci illərdə yaşamaq üçün ən təhlükəsiz Avropa və dünya ölkələrinin reytinqini müəyyənləşdirib.

Lent.az xarici KİV-ə istinadla xəbər verir ki, Avropanın ən təhlükəsiz ölkəsi İslandiya hesab olunur.

Burada demək olar ki, cinayət yoxdur, polis silah daşımır, əhaliyə və hakimiyyətə yüksək etimad mövcuddur, ordu yoxdur və ölkə müharibələrdə iştirak etmir. Ekologiya və iqtisadi sabitlik də üstünlüklər sırasındadır. Mənfi tərəf kimi soyuq iqlim və yüksək qiymətlər göstərilir.

İlk beşlikdə yer alan digər ölkələr

Danimarka - çox aşağı cinayətkarlıq, güclü sosial müdafiə və səhiyyə sistemi, nizamlı infrastruktur .

İrlandiya - aşağı cinayət səviyyəsi, yaxşı həyat keyfiyyəti, yumşaq iqlim.

Avstriya - az korrupsiya, demək olar ki, cinayət yoxdur, böyük şəhərlərdə belə, təhlükəsizlik yüksəkdir.

Portuqaliya - aşağı cinayət, əlçatan yaşayış xərcləri və qonaqpərvərlik

Yaşamaq üçün ən yaxşı Avropa ölkələri

Əgər söhbət təkcə təhlükəsizlikdən yox, ümumi həyat keyfiyyətindən gedirsə, AI fərqli siyahı təqdim edir. OECD Better Life Index, Numbeo Quality of Life, GPI və HDI əsasında ilk beşlik belə formalaşıb:

İsveçrə - yüksək gəlirlər, təhlükəsizlik, ekologiya, səhiyyə və təhsil səviyyəsi.

Danimarka - yüksək maaşlar, sosial təminat və aşağı korrupsiya

Niderland - inkişaf etmiş infrastruktur, sabit gəlirlər

Norveç - güclü iqtisadiyyat və sosial dəstək

İslandiya - yüksək maaş və güclü icma hissi

Beləliklə, Avropada yaşamaq üçün ən balanslı seçim İsveçrə, təhlükəsizliyə prioritet verənlər üçün isə ən uyğun ölkə İslandiyadır.

Dünyanın ən təhlükəsiz ölkəsi

Qlobal reytinqdə də ilk yeri İslandiya tutur. İlon Maskın süni intellekt sistemi "Grok"un məlumatına görə, İslandiya artıq 17 ildir bu mövqeni qoruyur. ChatGPT-5-ə əsasən növbəti yerləri İrlandiya, Avstriya, Yeni Zelandiya və Sinqapur tutur.

Ukrayna hazırda təhlükəsizlik reytinqinin son sıralarında qərarlaşıb. Bu göstəriciyə səbəb davam edən müharibədir. Müharibədən əvvəl Ukrayna GPI-də 122-ci yerdə idi. Müharibə həmçinin qonşu ölkələrə də təsir edib. Finlandiya və Polşa artan militarizasiya səbəbilə mövqelərini pisləşdiriblər.

Dünyanın ən təhlükəli ölkəsi kimi isə reytinqdə son yeri Rusiya tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 530

Oxşar yazılar