Ayda trilyonlarla dollar  dəyərində əsl xəzinələr  aşkar edildi
24 oktyabr 2025 11:40 (UTC +04:00)

Ayda trilyonlarla dollar dəyərində əsl xəzinələr aşkar edildi

0

Ay səthinin altında trilyonlarla dollar dəyərində hesab olunan platin, palladium və rodium kimi nadir və bahalı metalların gizləndiyi ehtimal olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu nəticəyə Kanada, ABŞ və Böyük Britaniyadan olan tədqiqatçıların beynəlxalq qrupu gəlib.

Mütəxəssislər Ayda diametri 1 kilometrdən böyük olan təxminən 6 min krateri təhlil ediblər və onların metal ehtiyatları baxımından potensial ola biləcəyini qeyd ediblər. Bu kraterlərdən 38-i isə qiymətli metalların ən yüksək konsentrasiyasının ehtimal edildiyi yerlər kimi seçilib.

Platin qrupuna aid metallar Yer üzündə son dərəcə nadir tapılır və həm tibbdə, həm elektronika istehsalında, həm də zərgərlik sahəsində böyük əhəmiyyət daşıyır. Aya potensial olaraq bu metallarla zəngin ehtiyat mənbəyi kimi baxılması Yer resurslarına olan təzyiqi azaltmaqla yanaşı, kosmik mədənçiliyin gələcəyi üçün yeni perspektivlər aça bilər.

Əgər bu tapıntı təsdiqini tapsa, Ay yaxın onilliklərdə ən cəlbedici Yer kənarı resurs mənbələrindən birinə çevrilə bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 920

Oxşar yazılar