Şokoladı günün bu vaxtında yemək olmaz
24 oktyabr 2025 18:29 (UTC +04:00)

Şokoladı günün bu vaxtında yemək olmaz

0

Yatmazdan əvvəl şokolad qəbul etmək istirahətin keyfiyyətinə mənfi təsir göstərə bilər.

Lent.az-ın xarici mediaya istinadla xəbərinə görə, şirniyyatların tərkibində sinir sistemini stimulə edən kofein və teobromin var bunlar yuxuya getməyi çətinləşdirir.

Şokolad yuxuya necə təsir edir?

Stimulant maddələr ehtiva edir

"Foods" jurnalında qeyd olunur ki, şokolad kakao dənələrindən hazırlanır və onların tərkibində təbii şəkildə iki stimul kofein və teobromin olur. Kofein oyanıqlığı artırır. Onun miqdarı seçilən şokolad növündən və kakaonun həcminindən asılıdır.

Şokolad nə qədər tünddürsə, tərkibində kofein bir o qədər çox olur. Məsələn, 30 qram tünd şokoladda 23 mq-a qədər kofein ola bilər, süd şokoladında isə eyni miqdarda cəmi 6 mq olur. Hətta az miqdarda kofein də yuxuya təsir göstərə bilər, buna görə də yuxudan ən azı 4 saat əvvəl belə məhsullardan uzaq durmaq tövsiyə olunur. Teobromin kofeinə nisbətən daha zəif stimulantsa da, ürək döyüntüsünü artıra və yuxunu poza bilər.

Şəkərin kəskin artımı yuxunu poza bilər

"Frontiers"in məlumatına görə, süd şokoladı az kofein və teobromin ehtiva etdiyi üçün yuxudan əvvəl daha yaxşı seçim kimi görünə bilər. Lakin onun yüksək şəkər miqdarı qan şəkərinin sürətli yüksəlməsinə, bunun nəticəsində gecə oyanmalarına səbəb ola bilər.

Bu artımı stabil saxlamaq üçün şokoladı zülalla və ya liflə zəngin qidalarla birləşdirmək olar. Məsələn, yunan qatığına bir az şokolad qırıntısı və giləmeyvə əlavə etmək olar. Belə kombinasiyalar qan şəkərini stabilləşdirməyə kömək edir və şirin deserti yuxu üçün daha uyğun edir.

Yatmazdan əvvəl yemək üçün daha yaxşı məhsullar

Əgər yatmazdan əvvəl şirin istəyi yaranırsa, bu alternativlərdən istifadə edə bilərsiniz:

Turş-şirin albalı və ya albalı şirəsi tərkibində melatonin və antosianlar çoxdur, yuxu ritmini tənzimləyir. Tam taxıllı tost, banan və qoz-fındıq pastası lifli karbohidratlar, faydalı yağlar, triptofan və maqnezium balansı rahat yuxunu təşviq edir.

Yunan qatığı giləmeyvə ilə zülal və karbohidrat qarışığı qan şəkərini sabit saxlayır. İlıq süd və ya bitki çayı kofeinsiz ilıq içkilər bədəni sakitləşdirir və beyin üçün “yataq vaxtıdır” siqnalı verir; süd həmçinin yuxunu dəstəkləyən triptofan ehtiva edir.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar