Filippində Kanlaon vulkanı püskürdü
24 oktyabr 2025 21:51 (UTC +04:00)

Filippində Kanlaon vulkanı püskürdü

0

Filippin Vulkanologiya və Seysmologiya İnstitutu ölkənin mərkəzi hissəsindəki Kanlaon vulkanının püskürdüyünü açıqlayıb.

Lent.az Filippin mediasına istinadla xəbər verir ki, yerli vaxtla saat 20:06-da püskürmə başlayıb və 2-3 dəqiqə davam edib. Nəticədə hündürlüyü 2 kilometrə çatan kül buludu yaranıb.

Kanlaon vulkanının püskürməsi ilə əlaqədar 2-ci səviyyədə xəbərdarlıq elan edilib, 4 kilometr radiusda ərazi təhlükəli zona olaraq qiymətləndirilib.

Qeyd edək ki, Neqros adalarında yerləşən Kanlaon dağı Filippindəki 24 aktiv vulkandan biridir. Bundan əvvəl aprel ayında püskürmüşdü.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 206

Oxşar yazılar