AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna enməli olub, xəsarət alan yoxdur - YENİLƏNİB
20 oktyabr 2025 06:13 (UTC +04:00)

AZAL təyyarəsi Sankt-Peterburq aeroportuna enməli olub, xəsarət alan yoxdur - YENİLƏNİB

0

Uçuş təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycan Hava Yolları (AZAL) aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsinin kapitanı Sankt-Peterburq–Bakı marşrutu üzrə J2-020 nömrəli reysi yerinə yetirərkən texniki səbəbdən (şassidə nasazlıq) geri qayıdaraq Pulkovo hava limanına eniş etməyə qərar verib.

Lent.az xəbər verir ki, bu barədə Azərbaycan Hava Yollarından məlumat verilibş 

Bütün təhlükəsizlik prosedurlarına uyğun olaraq ekipaj enişdən əvvəl yanacağın müəyyən hissəsini sərf etməklə lazımi tədbirləri yerinə yetirib.
 
Təyinat üzrə müəyyən edilmiş qaydalara əsasən Sankt-Peterburq hava limanında fövqəladə və xilasetmə xidmətləri yüksək hazırlıq vəziyyətinə gətirilib.
 
Təyyarə Bakı vaxtı ilə saat 04:43-də Pulkovo hava limanına uğurla enib. Eniş zamanı hava gəmisi uçuş-enmə zolağından cüzi kənara çıxıb.
 
Göyərtədə olan 155 sərnişin operativ şəkildə təxliyə olunub. Xəsarət alan yoxdur.
 
Sankt-Peterburqdan Bakıya sərnişinlərin daşınması üçün artıq digər AZAL təyyarəsi göndərilib.
 
AZAL sərnişinlərə göstərdikləri təmkin və anlayış üçün təşəkkürünü bildirir, Pulkovo hava limanının xidmətlərinə peşəkar və koordinasiyalı fəaliyyətlərinə görə minnətdarlığını ifadə edir.



***
05:57

Azərbaycan Hava Yollarına (AZAL) məxsus təyyarə Sankt-Peterburqdan Bakıya uçuş zamanı texniki səbəblərdən geri dönərək Pulkovo hava limanına eniş edib.

Lent.az xəbər verir ki, bu barədə Pulkovo hava limanının mətbuat xidmətindən TASS-a məlumat verilib.

Məlumata görə, təyyarə saat 03:40-da təhlükəsiz şəkildə eniş edib. Eniş zamanı təyyarə uçuş-enmə zolağından kənarına çıxıb, lakin sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb.

Enişin səbəbi şassinin sıradan çıxması olub və buna görə Bakı reysi müvəqqəti olaraq Pulkovo hava limanına enməyi tələb edib.

Nəticədə hava limanının işində fasilə yaranıb. Qısa fasilədən sonra hava limanı fəaliyyətini tam şəkildə bərpa edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 551

Oxşar yazılar