Ermənistanda İrəvan–Çarentsavan magistralında “QAZel” markalı mikroavtobusun iştirakı ilə baş verən yol-nəqliyyat hadisəsi nəticəsində 10 nəfər xəstəxanaya yerləşdirilib.
Lent.az xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyi məlumat yayıb.
Araşdırma zamanı müəyyən edilib ki, hadisə saat 19:40-da Alapars–Çarentsavan yol ayrıcında baş verib. “Mercedes” markalı minik avtomobili ilə 275 nömrəli marşrut xətti üzrə hərəkət edən mikroavtobus toqquşub.
Hadisə ilə bağlı istintaq aparılır, qəzanın dəqiq səbəbləri araşdırılır.