Honq-Konqda təyyarə dənizə düşdü,  ölənlər var
20 oktyabr 2025 05:47 (UTC +04:00)

Honq-Konqda təyyarə dənizə düşdü, ölənlər var

0

Honq-Konq beynəlxalq hava limanında "Boeing 747" tipli yük təyyarəsi eniş zamanı uçuş-enmə zolağından çıxaraq hava limanının yerüstü xidmət maşını ilə toqquşub və qismən dənizə düşüb.

Lent.az xəbər verir ki, bu barədə "South China Morning Post" qəzeti məlumatına  yayıb. 

Məlumata görə, maşında olan şəxslərdən biri həlak olub, digəri xəstəxanaya yerləşdirilib. Təyyarənin ekipaj üzvləri xəsarət almayıb.

Hadisə nəticəsində hava limanının şimal uçuş-enmə zolağı müvəqqəti bağlanıb.

Qeyd olunur ki, təyyarə Dubaydan uçuş həyata keçirirmiş.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 297

Oxşar yazılar