Bəhreyn Ebolaya görə  üç ölkədən girişə məhdudiyyət qoydu
19 may 2026 21:19 (UTC +04:00)

Bəhreyn Ebolaya görə üç ölkədən girişə məhdudiyyət qoydu

0

Bəhreyn hakimiyyəti Ebola virusunun yayılması ilə əlaqədar Konqo Demokratik Respublikası, Uqanda və Cənubi Sudandan gələn xarici vətəndaşların ölkəyə girişini müvəqqəti dayandırıb.

Lent.az xəbər verir ki, bu barədə Bəhreyn İnformasiya Agentliyi məlumat yayıb.

Qeyd olunub ki, məhdudiyyətlər mayın 19-dan qüvvəyə minəcək və 30 gün davam edəcək.

Qərar həmin ölkələrdən birbaşa gələn şəxslərə, eləcə də son 30 gün ərzində bu dövlətlərin ərazisində olmuş xarici vətəndaşlara şamil olunacaq.

Bildirilib ki, Bəhreyn vətəndaşları ölkəyə qayıtdıqdan sonra Səhiyyə Nazirliyinin müəyyən etdiyi sanitar protokollara əməl etməli olacaqlar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 198

Oxşar yazılar