Berlin hava limanında uçuşlar dayandırıldı
01 noyabr 2025 05:25 (UTC +04:00)

Berlin hava limanında uçuşlar dayandırıldı

0

31 oktyabr axşamı naməlum dronun görünməsi səbəbilə Berlin Brandenburq Beynəlxalq Hava Limanında (BER) əməliyyatlar müvəqqəti olaraq dayandırılıb.

Lent.az xəbər verir ki, bu barədə DPA xəbər agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, bir çox uçuşlar digər hava limanlarına yönləndirilib.

Gecikmələr uçuş və eniş zamanı da müşahidə olunub. Xüsusilə, Bazel, Oslo və Barselonaya uçuşlar təxirə salınıb.

London, Birmingem, Mançester, Stokholm, Helsinki və Antalyadan uçuşlar digər hava limanlarına yönləndirilib.

Polis sözçüsü ilkin məlumata əsaslanaraq bildirib ki, şahidlərdən biri hava limanının yaxınlığında dron olduğunu bildirib. Patrul nəfərləri da dronu görüb. Lakin dronun yerini müəyyən etmək mümkün olmayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 301

Oxşar yazılar