Bu ölkədə eynicinslilərin həm evlənməsinə, həm də...
07 oktyabr 2022 17:56 (UTC +04:00)

Bu ölkədə eynicinslilərin həm evlənməsinə, həm də...

Avropa ölkəsində həmcins cütlüklərə övladlığa uşaq götürməyə icazə verir.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, Sloveniya parlamentinin qərarına görə eynicinsli cütlüklər evlənə və övladlığa uşaq götürə biləcəklər. Bu barədə Sloveniya Mətbuat Agentliyi məlumat yayıb.

Agentliyin məlumatına görə, Milli Assambleyanın 48 üzvü Avropa ölkəsinin Ailə Məcəlləsinə dəyişikliklərin lehinə, 29 üzvü isə əleyhinə səs verib. Dəyişikliklər eynicinslilərin evlənməsi ilə yanaşı, onlarınn uşaq götürməyinə də icazə verir. 

13 Avropa ölkəsində - Avstriya, Belçika, Almaniya, Danimarka, İspaniya, İrlandiya, Lüksemburq, Malta, Hollandiya, Portuqaliya, Finlandiya, Fransa və İsveçdə həmcins cütlüklər tərəfindən uşaqların övladlığa götürülməsinə icazə var.

Xatırladaq ki, avqustun 1-də Dövlət Dumasına rusiyalı yetimlərin dost olmayan ölkələrin vətəndaşları tərəfindən övladlığa götürülməsini və qəyyumluğa verilməsini qadağan edən qanun layihəsi də təqdim edilib.

# 2100
avatar

Aytəkin Cəlali

Oxşar yazılar