“Türkiyə Böyük Millət Məclisində son çıxışımda da Ermənistan və Türkiyə arasında əlaqələrlə bağlı xüsusi nümayəndə təyin olunacağını demişdim və bu icra olundu. Ceyhun Bayramovla görüşümüzdə bu istiqamətdə də müzakirə apardıq”.
APA-nın Türkiyə bürosunun xəbərinə görə, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Əfqanıstandakı humanitar vəziyyətlə bağlı İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin Xarici İşlər Nazirləri Şurasının İslamabadda keçirilən fövqəladə iclasından sonra jurnalistlərin suallarını cavablandırarkən bu barədə bildirib.
M.Çavuçoğlu bir daha vurğulayıb ki, Türkiyə regional məsələlər, xüsusilə Cənubi Qafqaz mövzusunda Azərbaycanla birgə məsləhətləşmələr aparır və birgə qərarlar verir.
Nazir onu da qeyd edib ki, hazırda Ermənistanın hava yolları vasitəsilə Türkiyə ilə əlaqə qurması istiqamətində istəyinə də baxılır.

Mövlud Çavuşoğlu, Türkiyənin xarici işlər naziri
Çavuşoğlu Ermənistanın Türkiyədən xahişini açıqladı
Oxşar yazılar

İranda kimya zavodunda yanğın-VİDEO
3 avqust 2025 , 11:32
Qızıl Xaç Komitəsinin mənzil qərargahı vuruldu-Ölən və yaralananlar var
3 avqust 2025 , 10:21
"Krokus Siti Holl"da 70 nəfər belə ölüb
3 avqust 2025 , 09:21
ABŞ-da zəlzələ baş verdi
3 avqust 2025 , 07:50
Arılarda bioloji qocalmanı ləngitmək qabiliyyəti aşkar edildi
3 avqust 2025 , 06:02
Qızıl mədənində UÇQUN: 5 nəfər öldü
3 avqust 2025 , 05:37
Bu ölkələrdə uşaqların çoxu natamam qidalanır
2 avqust 2025 , 22:36