Abşeronda kişi evin damında ölü halda tapılıb.
Lent.az-ın xəbərinə görə, hadisə Masazır qəsəbəsi, Gənclik küçəsində qeydə alınıb.
Şahməmmədov Nuru Saydam oğlunun meyiti həmin küçədə yerləşən tikilinin dam hissəsində aşkarlanıb. Onun hansı səbəblə öldüyü bəlli deyil.
Araşdırma aparılır.