Bakıda qəza törədən qadına 6 il, 9 ay, 3 gün  həbs cəzası verildi
19 avqust 2026 14:57 (UTC +04:00)

Bakıda qəza törədən qadına 6 il, 9 ay, 3 gün həbs cəzası verildi

0

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Aygün Qurbanovanın sədrliyi ilə Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi törətməkdə təqsirləndirilən Gülnarə Eynullayevanın cinayət işi üzrə hökm oxunub.

Lent.az xəbər verir məhkəmə tərkibi təqsirləndirilən Gülnarə Eynullayevanın 3 il sürücülük hüququndan məhrum edilməklə 6 il, 9 ay, 3 gün müddətinə azadlıqdan məhrum edildiyini elan edib.

Qeyd edək ki, dövlət ittihamçısı təqsirləndirilən G. Eynullayevanın 3 il sürücülük hüququndan məhrum edilməklə 8 il müddətinə azadlıqdan məhrum edilməsini təklif etmişdi.

Xatırladaq ki, hadisə paytaxtın Nərimanov rayonu, Z.Bünyadov prospektində qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1981-ci il təvəllüdlü Eynullayeva Gülnarə Rasim qızı idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirib yolayrıcı səddi aşaraq əks istiqamətdə hərəkətdə olan paytaxt sakini, 1990-cı il təvəllüdlü Qurbanov Səid Elmar oğlunun idarə etdiyi avtomobillə toqquşub.

Nəticədə S.Qurbanov hadisə yerində ölüb, G.Eynullayeva və sərnişinləri - 2000-ci il təvəllüdlü Bağırov Nicat Arzu oğlu və 1981-ci il təvəllüdlü Abbasov Səbuhi İslam oğlu aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdiriliblər.

Ona qarşı Cinayət Məcəlləsinin 263-1.3-cü maddəsi ilə ittiham irəli sürülüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 270

Oxşar yazılar