Kişi biskvit   yeyən arvadını döyüb öldürdü
19 avqust 2026 14:48 (UTC +04:00)

Kişi biskvit yeyən arvadını döyüb öldürdü

0

Qazaxıstanda kişi biskvit yeyən arvadını öldürüb.

Lent.az yerli mediaya istinadən xəbər verir ki, hadisə Cambıl vilayətinin Merken rayonunda qeydə alınıb.

Kişi biskvit yeyən arvadını döyərək öldürüb. Hadisədən sonra qadının rəfiqəsi bildirib ki, əri ona mütəmadi olaraq fiziki zorakılıq tətbiq edib. Bundan başqa, ölümündən bir müddət əvvəl gənc ana onunla yazışmasında yediyi biskvitli pirojna səbəbindən həyat yoldaşı ilə yeni münaqişə yaşadığını bildirib. O, boşanmaq istədiyini deyib və rəfiqəsindən pul istəyib.

Faktla bağlı cinayət işi başlayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 310

Oxşar yazılar