Türkiyənin Adana şəhərində prokurorluğun apardığı istintaq çərçivəsində “Kuytulçular” adlandırılan quruma qarşı 6 vilayətdə, ümumilikdə 49 ünvanda eyni vaxtda səhər saatlarında əməliyyat keçirilib.
Lent.az yerli mediaya istinadla bildirir ki, Alparslan Kuytul və həyat yoldaşı Semra Kuytul da daxil olmaqla 32 şübhəli barəsində saxlanılma qərarı verilib.
Kuytul cütlüyü də polis tərəfindən saxlanılıb.
Onlara qarşı “Cinayət törətmək məqsədilə təşkilat yaratmaq və ona rəhbərlik etmək”, “təşkilata üzv olmaq”, “cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırmaq”, “ağırlaşdırıcı hallarda dələduzluq”, “rəsmi sənədləri saxtalaşdırmaq” və “Vergi Qanunvericiliyini pozmaq” ittihamları irəli sürülüb.
İstintaq çərçivəsində 5 şirkətə idarəetmə üzrə qəyyum təyin edilib.
Bu şirkətlər arasında ən çox tanınanı Türkiyə və Avropanın müxtəlif ölkələrində çoxsaylı filialları olan, Adanada fəaliyyət göstərən “Levent Börek”dir.