Çeçenistan parlamentinin rəhbərindən Priqojinə ÇAĞIRIŞ:  “Kişi kimi görüşüb...” 
01 iyun 2023 18:08 (UTC +04:00)

Çeçenistan parlamentinin rəhbərindən Priqojinə ÇAĞIRIŞ: “Kişi kimi görüşüb...” 

Çeçenistan parlamentinin rəhbəri Maqomed Daudov  “Vaqner” özəl hərbi şirkətin təsisçisi Yevgeni Priqojinə xəbərdarlıqla müraciət edib. 

Lent.az-ın xarici mediaya istinadla məlumatına görə, onun fikrincə, iş adamı açıqlamaları ilə Rusiya vətəndaşları arasında “çaxnaşma əhval-ruhiyyəsi” yaradır. Telegram kanalında yerləşdirdiyi müraciətdə Daudov Priqojini “kişi kimi” görüşməyə və danışmağa dəvət edib.

Çeçenistan parlamentinin sədri biznesmeni tənqid edən Dövlət Dumasının deputatı Adam Delimxanovun ardınca Priqojinə qarşı oxşar hücum edib.

Maqomed Daudov

“Döyüşçülərimizin problemləri var idi, lakin bu o demək deyil ki, döyüşçü bu barədə qışqırmalıdır. Siz açıqlamalarınızda kiminsə güllələnməsinə işarə edirsiniz. İkinci Dünya Müharibəsi zamanı belə sözlərə görə dərhal divara söykəyərdilər", - Daudov vurğulayıb.

Çeçenistan parlamentinin rəhbəri də Priqojini “Vaqner”in kimin sayəsində olduğunu xatırlamağa çağırıb. Eyni zamanda, Daudov müraciətində biznesmenin mümkün himayədarı olduqlarını iddia edən konkret şəxslərin adını çəkməyib.

“Belə bir templə daha da irəli getsən, bundan yaxşı heç nə gəlməyəcək. Məkanı atın və istədiyiniz vaxt, istədiyiniz yerdə, kişi kimi görüşüb müzakirə edərik”, - o yazıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1716
avatar

Oxşar yazılar