Hollivud ulduzu Dayan Kitonun özündən sonra böyük bir miras qoyub getdiyi məlum olub.
Lent.az xəbər verir ki, bu barədə "Mirror" nəşri məlumat yayıb.
Bildirilib ki, aktrisanın sərvəti təxminən 100 milyon dollar məbləğində qiymətləndirilir.
Kiton heç vaxt evlənməyib və bioloji övladı olmayıb. O, 50 yaşında Dekster adlı qız və Dyuk adlı oğlanı övladlığa götürərək ana olub.
Mərhum aktrisanın vəsiyyətinin təfərrüatı hələlik açıqlanmayıb.
Xatırladaq ki, "Oskar" mükafatlı, "Enni Holl" və "Xaç atası" filmlərinin ulduzu olan Dayan Kiton oktyabrın 11-də, 80 yaşında vəfat edib.