Depressiyaya düşən deputat  faciəli şəkildə öldü
26 dekabr 2022 18:19 (UTC +04:00)

Depressiyaya düşən deputat faciəli şəkildə öldü

0

Depressiyaya düşən rusiyalı deputat məzuniyyətdə olarkən oteldə ölüb.

Lent.az-ın xarici KİV-ə istinadən məlumatına görə, hadisə Hindistanın Odisha otelində baş verib.

Viladimir vilayətinin deputatu, 65 yaşlı Pavel Antonov binanın üçüncü mərtəbəsindən yıxılaraq ölüb. Antonovun cansız bədəni pəncərələrin altından tapılıb. 

Məlumata görə, dekabrın 22-də həmin oteldə Pavelin dostu Vladimir Bidenov da dünyasını dəyişib. Bidenov otağında huşsuz vəziyyətdə və yanında bir neçə boş şərab şüşəsi ilə tapılıb. Bundan sonra Antonov depressiyaya düşüb və dostunun yoxluğunu qəbul edə bilməyib.

Ölümün intihar olub-olmaması ilə bağlı araşdırmalar aparılır.

Pavel Antonov

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 2323

Oxşar yazılar