Dünya Bankından Ukraynaya növbəti yardım  
08 avqust 2022 23:19 (UTC +04:00)

Dünya Bankından Ukraynaya növbəti yardım  

Dünya Bankı ABŞ-dakı fondların dəstəyi ilə Ukraynaya 4,5 milyard dollarlıq yeni yardım tranşı ayırıb.

Lent.az-ın xəbərinə görə, Bankdan bildirilib ki, yardımda məqsəd Ukrayna  hökumətinin müharibə nəticəsində yaranan ehtiyacını ödəməkdir. Yardım ilk növbədə yerli hakimiyyət orqanlarının sosial xərcləri ödəməsi üçün nəzərdə tutulub.

ABŞ Maliyyə Nazirliyindən bildirilib ki, yardımın ilk 3 milyard dollarlıq hissəsi avqustun sonunadək Ukraynanın hesabına köçürüləcək.  
 

# 1431
avatar

Oxşar yazılar