Şekspirin  sirri   açıldı: "III Eduard" pyesinin  müəllifi   müəyyən edildi
22 oktyabr 2026 15:57 (UTC +04:00)

Şekspirin sirri açıldı: "III Eduard" pyesinin müəllifi müəyyən edildi

0

İngilis dramaturqu Uilyam Şekspirin 1596-cı ildə anonim nəşr olunan “III Eduard” pyesinin əsas müəllifi olduğu müəyyən edilib.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, bu nəticəyə erkən Yeni dövr ədəbiyyatı üzrə tədqiqatçı Rori Lonqneyn gəlib.

Araşdırma zamanı məlum olub ki, Şekspir əsəri uzun illər rəqibi hesab edilən şair və dramaturq Kristofer Marlo ilə birlikdə yazıb. Alimlər kompüter analizi vasitəsilə pyesin mətnini XVI əsrin sonlarında yaşamış 10 dramaturqun əsərləri ilə müqayisə ediblər. Nəticədə 23 mətn parçasının Şekspirə, doqquzunun isə Marloya aid olduğu müəyyənləşdirilib.

Tədqiqatçıların fikrincə, bu nəticələr Şekspirin əsərin əsas müəllifi olduğunu təsdiqləyir.

Qeyd edək ki, yeni kəşf iki məşhur dramaturqun münasibətləri haqqında indiyədək mövcud olan təsəvvürləri dəyişir.

Araşdırma onların təkcə rəqib deyil, həm də uzun müddət əməkdaşlıq edən yaradıcı tərəfdaşlar olduğunu göstərir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 216

Oxşar yazılar