Dünyanın ən uzun çaylarından biri  quruyur
16 avqust 2022 22:05 (UTC +04:00)

Dünyanın ən uzun çaylarından biri quruyur

Çinin şərq və şimal bölgələrində anomal isti hava höküm sürür.

Lent.az xəbər verir ki, quraq hava Avrasiya materikinin ən sulu və uzun çayı Yantsızıda suyun səviyyəsini aşağı salıb.

Çayda 157 ilin ən aşağı su səviyyəsi qeydə alınıb.

Çində müəyyən nöqtələrdə çayların vəziyyətinin izlənildiyi və müntəzəm su səviyyəsinin ölçüldüyü stansiyalarda istilərlə əlaqədar artan su probleminə diqqət çəkilib.

“Science and Technology Diary”nın xəbərinə görə, çayın Hubey əyalətinin mərkəzi olan Uhan şəhərindən keçən hissəsində suyun səviyyəsi 17,54 metr enib.

Bundan əlavə, Yantsızı çayının suları ilə qidalanan ən böyük iki şirin su gölünün dərinliyi də 1951-ci ildən bəri ən aşağı səviyyəyə düşüb.

Həddindən artıq istilər səbəbindən digər çaylar və su hövzələri də quruyur. Anhui əyalətində Huaining çayı quruduğu üçün qonşu səkkiz əyalətdə su qıtlığı yaşanıb.

Təxminən 276 min insan 7 çay və su hövzəsinin qurumasından zərər çəkib.

# 3303
avatar

Oxşar yazılar

ABŞ İraqı vurdu

ABŞ İraqı vurdu

20 aprel 2024 , 04:18
İranlı ilə erməni MMA döyüşçünün yarışında KÜTLƏVİ DAVA

İranlı ilə erməni MMA döyüşçünün yarışında KÜTLƏVİ DAVA

20 aprel 2024 , 03:55
Maşın xəndəyə aşdı,  ölən və yaralanananlar var

Maşın xəndəyə aşdı, ölən və yaralanananlar var

20 aprel 2024 , 02:22
Hərbi reportyor öldü

Hərbi reportyor öldü

20 aprel 2024 , 01:50
Elçilikdə qızın qardaşı ov tüfəngi ilə vuruldu

Elçilikdə qızın qardaşı ov tüfəngi ilə vuruldu

20 aprel 2024 , 00:42
Minsk qrupunun ilk həmsədri öldü

Minsk qrupunun ilk həmsədri öldü

19 aprel 2024 , 21:27
Bu vulkan  hər gün göyə 6000 dollar   püskürür

Bu vulkan hər gün göyə 6000 dollar püskürür

19 aprel 2024 , 18:44
Qızardılmış sərçə  verən kafe qalmaqala səbəb oldu

Qızardılmış sərçə verən kafe qalmaqala səbəb oldu

19 aprel 2024 , 13:15