Ermənistan Rusiyaya Ukraynada döyüşmək üçün 4 "Su-30" göndərdi
28 mart 2022 16:43 (UTC +04:00)

Ermənistan Rusiyaya Ukraynada döyüşmək üçün 4 "Su-30" göndərdi

Ermənistan Ukraynada döyüşmək üçün Rusiyaya 4 ədəd qırıcı təyyarəsi göndərib.

Lent.az xəbər verir ki, bu barədə Türkiyənin “Haber Global” telekanalı məlumat yayıb. Bildirilir ki, Ermənistan pilotlarla birlikdə 4 "Su-30" qırıcısını Rusiyaya təhvil verib.

Bildirilir ki, proses martın 25-də baş verib və bu Ermənistanın Ukraynadakı hərbi əməliyyatların iştirakçısına çevrilməsi deməkdir.

Məlumatda qeyd olunur ki, Rusiyaya hərbi dəstək verən Ermənistana qarşı sanksiyaların tətbiqi və ya xəbərdarlıq edilməsi də mümkündür.

# 1827
avatar

Mehman Nəbiyev

Oxşar yazılar