Hamilə qadın avtobusun altında qalaraq öldü, körpəsi xilas edildi
18 aprel 2024 05:44 (UTC +04:00)

Hamilə qadın avtobusun altında qalaraq öldü, körpəsi xilas edildi

Türkiyənin Adana şəhərində ərinin istifadə etdiyi elektrik velosipedindən yıxılan suriyalı 9 aylıq hamilə Nur Abbud (31) Əli Davarcının idarə etdiyi sərnişin avtobusunun altında qalıb.

Lent.az Türkiyə mediasına istinadən xəbər verir ki, hadisə Yüreğir rayonunda qeydə alınıb.

İlkin tibbi yardım göstərildikdən sonra Abbud Adana Şəhər Təhsil və Araşdırma Xəstəxanasına aparılıb.

Müdaxilələrə baxmayaraq, qadını xilas etmək mümkün olmayıb ancaq körpəsi əməliyyatla çıxarılıb.

Polis araşdırma aparır.

# 1884
avatar

Oxşar yazılar