Hərbi helikopter qəzasında ölkənin baş komandanı  öldü
18 aprel 2024 20:36 (UTC +04:00)

Hərbi helikopter qəzasında ölkənin baş komandanı öldü

Keniyada hərbi helikopter qəzaya uğrayıb, ölənlər var.

APA xəbər verir ki, bu barədə Keniyanın “Nation” qəzeti məlumat yayıb.

Qəza nəticəsində 5 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Nəşrin məlumatına görə, qəzada ölənlərdən biri Keniya Müdafiə Qüvvələrinin Baş komandanı Frensis Oqolladır.

Bildirilibki, helikopter havaya qalxdıqdan dərhal sonra qəzaya uğrayıb.

Helikopterdə olan digər şəxslərin kimliyi bilinmir.

# 2289
avatar

Oxşar yazılar