İran məhkəməsi ölkə parlamentinin keçmiş üzvü, qadın hüquqları müdafiəçisi, İranın keçmiş prezidenti Haşemi Rəfsəncaninin qızı Faezə Rəfsəncaniyə hökm oxuyub.
Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, hökmə əsasən, Faezə Haşimi-Rəfsəncani beş il müddətinə azadlıqdan məhrum edilib.
Məlumatı Faezə Rəfsəncaninin vəkili Nida Şəmsi yayıb.
60 yaşlı qadına qarşı “ölkənin təhlükəsizliyinə qarşı fəaliyyət” və “mövcud hakim sistemə qarşı əks-təbliğat” ittihamları irəli sürülüb.
Vəkil hökmdən apellyasiya şikayəti verəcəklərini söyləyib.