İranda daha 14 güneyli fəal   HƏBS EDİLDİ - FOTO
12 oktyabr 2022 18:59 (UTC +04:00)

İranda daha 14 güneyli fəal HƏBS EDİLDİ - FOTO

Ərdəbil və Zənganda 14 güneyli fəal həbs edilib. 

Lent.az “Mouze” teleqram kanalına istinadən xəbər verir ki, SEPAH-ın Təhlükəsizlik və Kəşfiyyat Təşkilatı Güney Azərbaycanın Zəngan şəhərində 6 azərbaycanlı fəalı saxlayıb.

Saxlanılan azərbaycanlı fəallar şəhər divarlarına İran hökuməti əleyhinə şüarlar yazmaqda ittiham olunurlar.

Bununla bağlı İran İnqilabının Keşikçiləri Korpusu yaydığı açıqlamada bildirib: 

“İrana müxalif olan xarici mediaların təsiri altına düşən şəxslər Zəngan küçələrinin divarlarına dövlətə qarşı şüarlar yazdıqları üçün həbs ediliblər”.

Ərdəbil zindanında isə 8 milli fəal qeyri-müəyyən vəziyyətdə saxlanılır.

Ailələri bildirib ki, Ərdəbil şəhər Ümumi və İnqilab Prokurorluğunun 7-ci şöbəsinə çoxsaylı müraciətləri cavabsız qalıb.

Milli fəallar "ölkənin təhlükəsizliyinə qarşı əlbir olmaq, toplaşmaq və hökumətə qarşı təbliğat aparmaq"da ittiham olunduqdan sonra Ərdəbil zindanının hərbi bölməsinə köçürülüblər.


 

# 1821
avatar

Sevinc Fərid

Oxşar yazılar