İt qadını GÜLLƏLƏDİ:  qeyri-adi OLAY
26 may 2026 11:43 (UTC +04:00)

İt qadını GÜLLƏLƏDİ: qeyri-adi OLAY

0

ABŞ-ın Nebraska ştatında it avtomobil salonunda dolu ov tüfənginin üzərinə təsadüfən basaraq atəş açılmasına səbəb olub. Nəzarətsiz qalan heyvan nəticədə bir qadını yaralayıb.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, qeyri-adi insident 2026-cı il mayın 23-ü Skottsblaf şəhərində yerləşən yanacaqdoldurma məntəqəsində baş verib.

Yolsuzluq avtomobilinin sürücüsü maşını dayanacaqda saxlayıb, sərnişin isə avtomobildən düşərək ön qapının yanında dayanıb.

Bu zaman arxa oturacaqda olan it yerini dəyişmək istəyərkən təsadüfən dolu ov tüfənginə toxunub və silah işə düşüb. Ov tüfənginin qəlpələri avtomobilin qapısını deşərək həmin anda svetoforun qırmızı işığında dayanmış və əlini avtomobilin pəncərəsindən çıxarmış qadının qoluna dəyib.

Zərərçəkəni yaxınları xəstəxanaya çatdırıblar. Məlumata görə, onun həyatı üçün təhlükə yoxdur.

Nebraskada avtomobildə doldurulmuş ov tüfənginin daşınması qanunsuz sayılır. Məlumata görə, itin sahibi və hadisə ilə bağlı məsul şəxs polis tərəfindən saxlanılıb.

İt xəsarət almayıb və daha sonra sahibinə qaytarılıb. Avtomobil sürücüsünü silahın saxlanılması qaydalarını pozduğuna görə cərimə gözləyir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 294

Oxşar yazılar