Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi: Belə davam etsə...
11 avqust 2022 07:29 (UTC +04:00)

Kim Çen Inın bacısı Cənubi Koreyanı hədələdi: Belə davam etsə...

Şimali Koreya ölkədə koronavirusu yayma cəhdinə görə Cənubi Koreyanı məhv etməklə hədələyib.

Lent.az-ın xəbərinə görə, Əmək Partiyasının sədr müavini Kim E Çjonun müvafiq bəyanatını Koreyanın rəsmi KSNA agentliyi yayıb.

“Düşmən ölkəmizə virus yoluxdurmaq kimi təhlükəli işlərdə israrda davam edərsə biz təkcə virusu yox, Cənubi Koreya hakimiyyətini də məhv etməklə cavab verəcəyik” – deyə Kim E Çjon vurğulayıb.

Şimali koreyalı siyasətçi bildirib ki, ölkədə koronavirus cənubla sərhəd ərazilərdə başlayıb.

Qeyd edək ki, Kim E Çjon KXDR-in rəhbəri Kim Çen Inın bacısıdır. 
 

# 984
avatar

Oxşar yazılar