Lukaşenkonun dostu olan milyarder HƏBS EDİLDİ
11 oktyabr 2025 16:52 (UTC +04:00)

Lukaşenkonun dostu olan milyarder HƏBS EDİLDİ

0

Belarus prezidenti Aleksandr Lukaşenkonun köhnə dostu, milyarder və “Amkodor” holdinqinin rəhbəri Aleksandr Şakutin həbs edilib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, o, hazırda Maliyyə Araşdırmaları Departamenti tərəfindən aparılan cinayət işi üzrə fiqurant hesab olunur. Rəsmi ittihamlar hələ irəli sürülməsə də, ilkin məlumatlara görə, söhbət vergidən yayınma və “Amkodor” şirkətinin idarəçiliyindəki problemlərdən gedir. Məlumata əsasən, Şakutin çərşənbə axşamından bəri evində deyil və onun hazırkı yeri naməlumdur.

Ekspertlər bildirirlər ki, Yuri Çij kimi, Şakutin də Belarusda “saray biznesinin uğursuzluğu”nun simvoluna çevrilib.

Uzun illər ərzində aldığı güzəştli kreditlər, borcların silinməsi, dövlət dəstəyi və ucuz özəlləşdirmələr kimi imtiyazlara baxmayaraq, o, “Amkodor”u Çin banklarına yüz milyonlarla dollarlıq borca salıb. Nəticədə isə dövlət üçün yükə çevrilib.

2020-ci illərdə Şakutin Avropa İttifaqının sanksiyalar siyahısına “Lukaşenkonun cüzdanı” kimi daxil edilmişdi. Buna baxmayaraq, onunla əlaqəli şirkətlər Litva və Almaniya vasitəsilə fəaliyyətini davam etdirirdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 502

Oxşar yazılar