Madonnanın qardaşının ölümünün səbəbi açıqlandı
02 aprel 2023 19:01 (UTC +04:00)

Madonnanın qardaşının ölümünün səbəbi açıqlandı

Müğənni Madonnanın böyük qardaşı Entoni Çikkonenin ölümünün səbəbi məlum olub.

Lent.az-ın xəbərinə görə, bu barədə  Entoni Çikkonenin ölüm şəhadətnaməsini əldə edən TMZ məlumat yayıb.

Entoni Çikkone nəfəs çatışmazlığı və tütündən istifadənin yol açdığı boğazındakı xərçəng səbəbindən ölüb.  

Entoni Çikkone 2023-cü ilin fevralında 66 yaşında həyatını itirib. O, həyatının son günlərini Miçiqanda qocalar evində keçirib. Həyatının son günlərində çoxlu çəki itirib, boru vasitəsi ilə qidalanıb və nəfəs alıb. Ancaq ölümündən  iki gün əvvəd borunun çıxarılmasını tələb edib və bunun ağır nəticələnəcəyi barədə xəbərdarlığa baxmayaraq, inadından əl çəkməyib.

Qeyd edək ki, Entoni Çikkone xəstəxanaya yerləşdirilməzdən əvvəl tüfeyli həyat tərzi sürüb, alkoqolizmdən əziyyət çəkib. Ailəsi isə ona kömək etməyə çalışıb.

Entoni Çikkonenin bacısı Madonna ilə münasibətləri gərgin olsa da, müğənni heç vaxt ondan imtina etməyib. Madonna ölümünə qədər qardaşının müalicə xərcini də ödəyib.

# 1947
avatar

Oxşar yazılar