Magistralda maşınlar toqquşdu,  ölənlər var
30 aprel 2024 07:24 (UTC +04:00)

Magistralda maşınlar toqquşdu, ölənlər var

Moskva vilayətində A-107 avtomobil yolunda baş verən qəza nəticəsində 2 nəfər ölüb, daha iki nəfər - uşaq xəsarət alıb.

Lent.az xəbər verir ki, bu barədə TASS-a əməliyyat xidmətlərindən məlumat verilib.

"A-107 avtomobil yolunda, Mixaylo-Yartsevskoye kəndi yaxınlığında, yanacaqdoldurma məntəqəsinin yaxınlığında iki avtomobil toqquşub", - agentliyin həmsöhbəti bildirib.

Hadisə nəticəsində iki böyük ölüb, iki uşaq isə yaralanıb.

# 1929
avatar

Oxşar yazılar