Məktəbdə atışma - 6 ÖLÜ
27 mart 2023 23:07 (UTC +04:00)

Məktəbdə atışma - 6 ÖLÜ

ABŞ-ın Tennessi ştatının Naşvil şəhərində xristian məktəbində atışma nəticəsində üç uşaq və üç yetkinlik yaşına çatmış şəxs ölüb.

Lent.az-ın məlumatına görə, bu barədə Neşvil şəhərinin Polis Departamenti özünün “Twitter” səhifəsində məlumat yayıb.

Bildirilib ki, 28 yaşlı qadın məktəbə atəş açıb. Daha əvvəl Reuters polis sözçüsünə istinadən yeniyetmə qızın atəş açdığını bildirib.

“Polis atəş açan şəxsə qarşı tədbir görüb və nəticədə həlak olub”, - deyə polis idarəsindən bildirilib.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1713
avatar

Oxşar yazılar