Məktəbli qız sinif yoldaşına  bıçaqla 100 zərbə vurdu
07 fevral 2023 21:06 (UTC +04:00)

Məktəbli qız sinif yoldaşına bıçaqla 100 zərbə vurdu

Moskva vilayətinin Ximki şəhərində 5-ci sinif şagirdi sinif yoldaşına yüzdən çox bıçaq zərbəsi vurub. 

Lent.az APA-ya istinadla xəbər verir ki, uşaqlar arasında qanlı mübahisəyə səbəb smartfon oyunu olub. 

5-ci sinif şagirdi Sonya sinif yoldaşı Melviranın telefonuna daxil olaraq  "Genshin Impact" oyununda bütün balları xərcləyib. Bundan əsəbləşən Melvira məktəbə qələm qutusunda bıçaq gətirib və məktəbin ayaqyolunda Sonyaya yüzdən çox bıçaq zərbəsi endirib.

Hazırda yaralı uşağın vəziyyətinin ağır olduğu bildirilib.

Faktla bağlı araşdırma aparılır.
 

# 3309
avatar

Oxşar yazılar