İtaliyanın baş naziri Ciorcia Meloni onun barəsində Beynəlxalq Cinayət Məhkəməsinə (BCM) iddia qaldırıldığını bildirib.
Lent.az xəbər verir ki, o, bu haqda Rai1 telekanalına müsahibəsi zamanı danışıb.
“Mənə, (İtaliyanın müdafiə naziri) Guido Crozettoya, (xarici işlər naziri) Antonio Tajaniyə və səhv etmirəmsə Leonardo şirkətinin baş direktoru Roberto Cingolaniyə qarşı soyqırımda iştirak ittihamı ilə Beynəlxalq Cinayət Məhkəməsində iddia qaldırıblar. Məncə, nə dünyada, nə də tarixdə belə bir ittiham nümunəsi olmayıb”, - meloni deyib.
Qeyd edək ki, İtaliyanın aparıcı müdafiə sənayesi konserni “Leonardo”nun rəhbəri Roberto Cingolani daha əvvəl şirkətin Qəzza zolağında soyqırımda iştirak etməsi barədə iddiaları qəti şəkildə rədd etmişdi.