Müdafiə Nazirliyinin adının dəyişdirilməsi üçün  2 milyard dollar xərclənəcək
12 noyabr 2025 22:01 (UTC +04:00)

Müdafiə Nazirliyinin adının dəyişdirilməsi üçün 2 milyard dollar xərclənəcək

0

ABŞ prezidenti Donald Tramp və onun administrasiyasının Müdafiə Nazirliyinin (Department of Defense) adını “Müharibə Nazirliyi” (Department of War) olaraq dəyişdirmə qərarı ABŞ hökumətinə təxminən 2 milyard dollara başa gələ bilər.

Lent.az xəbər verir ki, bu barədə “NBC News” mənbələrinə istinadən məlumat yayıb.

Bu addımın qüvvəyə minməsi üçün ABŞ Konqresinin təsdiqi tələb olunur. Qərarın həyata keçirilməsi minlərlə lövhənin, nişanın, sənəd blanklarının və nazirliyin adını daşıyan digər atributların dəyişdirilməsinə gətirib çıxaracaq.

Qeyd olunur ki, təkcə blankların və lövhələrin yenilənməsi təxminən 1 milyard dollara başa gələ bilər.

Pentagon isə bildirib ki, artıq ad dəyişikliyi üzərində işlər aparılır, lakin yekun xərclər hələ hesablanmayıb.

Xatırladaq ki, Tramp sentyabr ayının əvvəlində Müdafiə Nazirliyinin adının “Müharibə Nazirliyi” olaraq dəyişdirilməsinə dair fərman imzalamış və bu addımı dünyadakı cari vəziyyətə daha uyğun ad kimi əsaslandırmışdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 256

Oxşar yazılar