Muzeydən 10 milyon avro  dəyərində əsərlər OĞURLANDI
04 sentyabr 2025 14:38 (UTC +04:00)

Muzeydən 10 milyon avro dəyərində əsərlər OĞURLANDI

0

Fransanın Limoges şəhərində yerləşən Adrien Debuçe Muzeyindən yüksək dəyərə malik Çin əsərləri oğurlanıb.

Lent.az yerli mediaya istinadla xəbər verir ki, baş verən oğurluğun zərəri təxminən 10 milyon avro dəyərində qiymətləndirilir.

Oğurlanan əsərlər müvəqqəti sərginin bir hissəsi olaraq nümayiş etdirilirdi və şəxsi kolleksiyaya məxsus idi.

Qeyd edək ki, muzey keramika tarixinin qədim dövrdən bu günə qədər olan əsas mərhələlərini əks etdirən əsərlərə də malikdir və ümumilikdə 18.000 əsər kolleksiyada yer alır.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 378

Oxşar yazılar