Roma Katolik Kilsəsinin rəhbəri Papa Fransiskin səhhəti ilə bağlı müsbət irəliləyiş davam edir.
Lent.az xəbər verir ki, bu barədə Müqəddəs Taxt-Tacın mətbuat xidməti məlumat yayıb.
Bildirilir ki, pontifik dərman müalicəsini davam etdirir və mütəmadi olaraq tənəffüs fizioterapiyasından keçir, mexaniki ventilyasiya maskasına ehtiyac duymur. Analizlər nəfəsalma və səs baxımından bir qədər yaxşılaşma olduğunu göstərir.