Pikassonun 600 min avroluq  tablosu oğurlanıb
17 oktyabr 2025 04:28 (UTC +04:00)

Pikassonun 600 min avroluq tablosu oğurlanıb

0

İspaniya polisi məşhur rəssam Pablo Pikassonun əsərinin Madriddən Qrenadaya aparılarkən yoxa çıxması faktını araşdırır.

Lent.az xəbər verir ki, əsər Qrenadaya sərgilənmək üçün aparılırdı. “Gitaralı natürmort” tablosunun oğurlandığı ehtimal edilir. Əsərin dəyəri 600 min avrodan çoxdur.

Bu, ispaniyalı rəssamın əsərləri ilə bağlı ilk oğurluq faktı deyil. Onun 100 tablosu 1976-cı ildə Fransada oğurlandıqdan bir müddət sonra aşkar edilmişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 246

Oxşar yazılar