Polis maşını  içərisindəki polislə birgə OĞURLANDI
23 may 2024 13:26 (UTC +04:00)

Polis maşını içərisindəki polislə birgə OĞURLANDI

Amerikanın Los-Anceles şəhərində naməlum şəxs içərisində polis məmuru olan polis avtomobilini oğurlayıb.

Lent.az xarici mediaya istinadla bildirir ki, polis əməkdaşı mütəmadi olaraq şübhəlilərin işlədiyi binaları öz avtomobilindən izləyirmiş. Birdən içəri girən şəxs maşına minərək qaza basıb. Bir müddət sonra o, qadın polisi yolun kənarına itələyib.

Qısa təqib davam edib, bu zaman cinayətkar saatda 100 kilometr sürətlənib. O, bir neçə avtomobillə toqquşub, skuterlərə və velosiped rəfinə çırpılıb. Bundan sonra qaçmağa çalışsa da, tez saxlanılıb.

Nəticədə biri polis əməkdaşı olmaqla 3 nəfər yaralanıb. Onlar həyati təhlükəsi olmayan xəsarətlər alıblar.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1683
avatar

Oxşar yazılar